Qənimət Zahidin qohumlarının məhkəməsi davam etdirilib

Qənimət Zahidin qohumlarının məhkəməsi davam etdirilib
# 12 aprel 2016 14:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Şamaxı rayon Polis İdarəsinin rəis müavini Polad Qarayev və digər bir polis əməkdaşı şahid qismində ifadə veriblər. Onlar təqsirləndirilən şəxslərə təzyiq etmədiklərini deyiblər.

Məhkəmə prosesi aprelin 19-da davam etdiriləcək.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR