Məhkəmə Razi Nurullayevin AXCP-nin iddiasını icraata götürməyib

Məhkəmə Razi Nurullayevin AXCP-nin iddiasını icraata götürməyib
# 28 dekabr 2015 09:31 (UTC +04:00)

Bakı - APA. Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə bağlı iddiasını 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi icraata götürməyib.

Bu barədə APA-ya açıqlamasında R. Nurullayevin müavini Mehman Muradlı bildirib.

M. Muradlı deyib ki, məhkəmə bu iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmasının mümkün olub-olmamasına baxıb. Məhkəmə İnzibati-Prosessual Məcəlləyə əsasən iddiaçıya Bakı Apelyasiya Məhkəməsinə müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP sentyabrın 27-də, R. Nurullayevin rəhbərlik etdiyi AXCP isə oktyabrın 18-də qurultay keçirib, hər iki tərəf qurultayın nəticələrinin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib. Ədliyyə Nazirliyi isə tərəflərə məhkəməyə müraciət etməyi tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR