Bakıda sərxoş sürücü yol polisinin avtomobilini çəkiclə əzib, avtomobilə ciddi ziyan dəyib - YENİLƏNİB

Bakıda sərxoş sürücü yol polisinin avtomobilini çəkiclə əzib, avtomobilə ciddi ziyan dəyib - <span style="color: red;">YENİLƏNİB
# 17 fevral 2016 12:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda sərxoş sürücü yol polisinin avtomobilinə hücum edib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün saat 14.15 radələrində yol polisi tərəfindən saxlanılan sürücü Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə maşına ciddi ziyan dəyib.

Hadisəni törədən Ş. Bəylərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə şahidləri əvvəlcə yol polisi avtomobilinin qəzaya düşdüyünü ehtimal ediblər.

***

saat 14.36

Bakı. Hafiz Heydərov - APA. Bakıda yol polisi avtomobili qəzaya düşüb.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün saat 14.15 radələrində Heydər Əliyev Mərkəzinin qarşısında qeydə alınıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya düşüb.

Hazırda hadisə yerində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR