Azərbaycan MN: Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatı məhv edilib

Azərbaycan MN: Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatı məhv edilib
# 09 dekabr 2015 09:44 (UTC +04:00)

Bakı - APA. Dekabrın 9-da saat 9.00 radələrində Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən pilotsuz uçan aparat vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti DJI Inspire 1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR