Rusiyada qətlə görə axtarışa verilən qadın Azərbaycanda tutulub

Rusiyada qətlə görə axtarışa verilən qadın Azərbaycanda tutulub
# 21 oktyabr 2015 10:29 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Rusiyada adam öldürməkdə təqsirləndirilən qadın Azərbaycanda saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasında Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Suqra Abbasova tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR