DİN Rusiya vətəndaşının Bakı sakinini güllələməsi barədə məlumat yayıb - YENİLƏNİB

DİN Rusiya vətəndaşının Bakı sakinini güllələməsi barədə məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB
# 21 oktyabr 2015 10:25 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 20-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı Vəli Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini Sənan İsmayılova xəsarət yetirib. S.İsmayılov xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əhmədov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi “Vinçester” markalı tüfəng, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.

***

12.03

Bakı. Hafiz Heydərov – APA. Bakıda silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb. Rusiya vətəndaşı Vəli Əhmədov aralarında yaranmış mübahisə zəminində Bakı şəhər sakini Sənan İsmayılova “Vinçester” markalı silahdan atəş açıb.

S. İsmayılov güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən V. Əhmədov saxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR