Kür və Araz çaylarında keçirilən monitorinqin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən monitorinqin nəticələri açıqlanıb
# 12 fevral 2016 07:06 (UTC +04:00)

Bakı-APA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

Nazirlikdən APA-ya bildirilib ki, bu müddətdə Kür çayında suyun sərfi yanvar ayının III ongünlüyünə nisbətən 2 m3/san azalaraq 149 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3.7, Ağstafaçayda 3.8, Ağstafaçay su anbarında isə 3.5 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Fenollar Araz çayı üzrə Horadizdə 3.9, I Şahsevəndə 4, Bəhramtəpədə isə 3.5 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.80-6.10 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR