Bakıda istirahət mərkəzində baş verən ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Bakıda istirahət mərkəzində baş verən ölüm faktı ilə bağlı cinayət işi başlanıb
# 25 yanvar 2016 12:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhər Prokurorluğu paytaxtda baş verən faciəli ölümlə bağlı məlumat yayıb.

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, yanvarın 23-də saat paytaxtın Bilgəh qəsəbəsində yerləşən “Qağayı” istirahət bazasının ərazisində demontaj işlərinin həyata keçirilməsi zamanı dəmir borunun həmin vaxt orada olan, Füzuli rayon sakini, 1970-ci il təvəllüdlü Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR