Rusiyada parlament seçkiləri başa çatıb, ilk nəticələr elan edilib

Rusiyada parlament seçkiləri başa çatıb, ilk nəticələr elan edilib
# 18 sentyabr 2016 20:26 (UTC +04:00)

Bakı-APA. Rusiyada parlament seçkiləri başa çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Moskva vaxtı ilə saat 21:00-da ölkənin ən qərb regionu olan Kalininqrad vilayətində seçki məntəqələri bağlanıb.

Rusiya Mərkəzi Seçki Komissiyası artıq seçkilərə dair ilk məlumat verib. Belə ki, protokollarının 6,72 faizinin hesablanması başa çatıb. Hakim “Vahid Rusiya” partiyası 44,15%, Liberal Demokrat Partiyası – 18,39%, Kommunist Partiyası – 17,24%, “Ədalətli Rusiya” isə 6,24 % səs toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR