Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu: Ermənistan öz vətəndaşlarını və beynəlxalq ictimaiyyəti aldadır

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu: Ermənistan öz vətəndaşlarını və beynəlxalq ictimaiyyəti aldadır
# 05 aprel 2016 10:21 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca Azərbaycanın dinc əhalisini ağır silahlardan intensiv atəşə tutması faktı ilə əlaqədar diplomatik korpusa və beynəlxalq qurumlara bəyanat ünvanlayıb.

Diasporla iş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bəyanatda Ermənistan ordusunun artilleriya hücumları nəticəsində bir neçə mülki şəxsin həlak olması və yaralanması, həmçinin, ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulması barədə məlumat verilib.

“Son illər ərzində minaatan, iriçaplı pulemyot və artilleriyadan istifadə etməklə, Azərbaycanın hərbi qulluqçularına, eləcə də mülki əhalisinə qarşı Ermənistan tərəfindən həyata keçirilən bu kimi zorakılıq və hərbi təxribatlar daha intensiv, aqressiv hal alıb. Cəbhə xəttində gərginliyin artmasına görə Ermənistanın Azərbaycanı günahlandırmaq cəhdləri onun öz vətəndaşlarını və beynəlxalq ictimaiyyəti aldatmasına xidmət edir”, - deyə bəyanatda bildirilir.

Sənəddə vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu gərginliyin artmasına əsas səbəbdir, bu da regionda sülh və sabitliyə təhlükə yaratmaqda davam edir. Həmçinin, bəyanat müəllifləri Ermənistanı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və beynəlxalq hüquq normalarına əməl etməyə çağırıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR