“Azərsun Holdinq” jurnalistlər üçün Biləsuvarda yerləşən tarlalara səfər təşkil edib

“Azərsun Holdinq” jurnalistlər üçün Biləsuvarda yerləşən tarlalara səfər təşkil edib
# 16 avqust 2016 09:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İstehlakçıların sevimli markalarından olan “Bizim Tarla” tomat pastasının xammalını təşkil edən pomidorların yetişdirildiyi sahələrdə məhsul yığımı davam edir.

“Azərsun Holdinq”dən “APA-Economics”ə verilən məlumata görə, bu prosesi izləmələri üçün jurnalistlərə “Azərsun Holdinq” tərəfindən Biləsuvar rayonunda yerləşən tarlalara səfər təşkil edilib.

Sahəni ziyarət edən media mənsubları pomidorun toplanılmasının şahidi olublar və məsul şəxslərdən onları maraqlandıran məsələlər barədə geniş məlumat əldə ediblər. Jurnalistlərə bildirilib ki, bu ərazilərin günəş şüaları ilə zəngin olması və peşəkar mütəxəssislərin səyləri ilə burada yüksək likopenli pomidorlar yetişdirilir, bundan isə “Bizim Tarla” və digər tomat pastaları hazırlanır.

3 457 hektar sahəsi olan və “Global Gap” sertifikatlı müəssisədə yetişdirilən məhsullar 15 dəqiqə ərzində Biləsuvar Konserv Zavoduna daşınır ki, burada da onların emalı və qablaşdırılması həyata keçirilir. Bunun nəticəsi olaraq, məhsulların yüksək keyfiyyətli olmasını və təravətliliyini qorumaq mümkün olur.

“Bizim Tarla” tomat pastasının istehsal edildiyi müəssisəni ziyarət edən jurnalistlər zavoda məhsulun qəbul edilməsi, emalı və tomat pastası halında qablaşdırılmasına qədər bütün proseslərin şahidi olublar. Mətbuat nümayəndələri Biləsuvar Konserv Zavodunda da, bütün “Azərsun Holdinq” müəssisələrində olduğu kimi keyfiyyətə nəzarət məsələlərinə çox yüksək səviyyədə nəzarət edildiyini müşahidə ediblər.

Bundan əlavə, jurnalistlərə “Azərsun Holdinq” tərəfindən istehsal olunan bütün tomat pastalarının yalnız təbii pomidordan hazırlandığının şahidi oldular.

Qeyd edək ki, tarladan bir neçə dəqiqə ərzində Konserv Zavoduna daşınan pomidordan “Bizim Tarla” ilə bərabər “Final”, “Supersun”, “Blendo”, “Bostan” markaları da istehsal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR