"Anglo Asian Mining" üzən məzənnə rejiminə keçidin büdcəsinə təsirini qiymətləndirir

"Anglo Asian Mining" üzən məzənnə rejiminə keçidin büdcəsinə təsirini qiymətləndirir
# 24 dekabr 2015 07:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Anglo Asian Mining" şirkəti üzən məzənnə siyasətinə keçid və manatın 48%-lik devalvasiyasının büdcəsinə və planlarına təsirinin qiymətləndirilməsinə başlayıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, şirkətin gəlirləri ABŞ dolları, əməliyyat və qaimə xərclərinin böyük əksəriyyəti manatla ifadə olunur.

“Üzən məzənnəyə keçid və devalvasiya şirkətin bəzi əməliyyat və qaimə xərclərinə səmərəli təsir edəcək. Zərurət yaransa, şirkətin büdcə və planlarında dəyişiklik məsələsi səhmdarların ümumi yığıncağında müzakirə olunacaq”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR