MSK: Milli Məclisə seçkilərdə seçici fəallığı 55,7 faiz olub

MSK: Milli Məclisə seçkilərdə seçici fəallığı 55,7 faiz olub
# 01 noyabr 2015 17:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Azərbaycan Milli Məclisinə V çağırışda keçirilən seçkilərlə əlaqədar seçici fəallığı ilə bağlı yekun rəsmi məlumat açıqlanıb.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 19:00-a da səsvermə başa çatıb

Respublika üzrə 2 milyon 897 min 188 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub.

Qeyd edək ki, ölkə üzrə ümumi seçicilərin sayı 5 milyon 198 min 658 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR