Qurban Yetirmişli: “Yaxın günlərdə güclü, fəlakətli zəlzələ gözlənilmir”

Qurban Yetirmişli: “Yaxın günlərdə güclü, fəlakətli zəlzələ gözlənilmir”
# 12 yanvar 2016 13:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Yaxın günlərdə ölkə ərazisində güclü, fəlakətli zəlzələnin olması gözlənilmir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O qeyd edib ki, gələn həftə seysmik risk xəritələrinin hazırlanması ilə əlaqədar yaponiyalı nümayəndələrlə görüşün keçirilməsi nəzərdə tutulub: “Bildiyiniz kimi, seysmik xəritələrin, təhlükəli zonaların müəyyən edilməsi ilə bağlı layihə hazırlanıb. Artıq gələn həftə yaponiyalı nümayəndələrlə görüş olacaq və həmin görüşdə bu məsələyə baxılacaq”.

Q. Yetirmişli qeyd edib ki, layihənin Yaponiya hökumətinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulub: “Layihənin müddəti iki ildir. Cihazlar alınmalıdır. Şəhərdə bütün binaların pasportlaşdırılması, tikilməsi və s. nəzərdə tutulub. Bir sözlə layihə əsasında böyük işlər aparılacaq”.

Qeyd edək ki, bu gün İran-Azərbaycan sərhədində, İran ərazisində zəlzələ baş verib. Zəlzələ Azərbaycan ərazisində Lənkəran, Lerik, Cəlilabad və Yardımlı rayonlarında hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR