Əbülfəs Qarayev Ağsuda vətəndaşları qəbul edib

 Əbülfəs Qarayev Ağsuda vətəndaşları qəbul edib
# 29 oktyabr 2015 11:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağsuda vətəndaşların qəbulunu keçirib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşlar iştirak edib.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət ocaqlarının fəaliyyəti, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin, qədim tikililərin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Ağsu, Qobustan və İsmayıllı rayonlarından bir neçə vətəndaş işlə təminat və digər sosial məsələlərlə bağlı nazirə müraciət ediblər.

Nazir Ə. Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR