Azərbaycan nümayəndə heyəti UNESCO-da Ermənistanın təxribatına cavab verib

Azərbaycan nümayəndə heyəti UNESCO-da Ermənistanın təxribatına cavab verib
# 03 dekabr 2015 08:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməyərək Ermənistan tərəfinə geri qaytarılıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycanın təqdim etdiyi “Lahıc misgərlik sənəti” nominasiya faylı nümunəvi model kimi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Qeyri-maddi mədəni irs üzrə Komitənin müvafiq qərarından qəzəblənən Ermənistan nümayəndə heyəti çıxış edərək Komitəyə, Qiymətləndirmə Orqanına, eləcə də Azərbaycan nümayəndə heyətinə qarşı saxta bəyanatlar verməyə cəhd edib, Azərbaycan mediasında həqiqətə uyğun olmayan məlumatların yayıldığını bildirərək, Azərbaycan tərəfini məsələnin siyasiləşdirməsində ittiham edib.

Azərbaycan nümayəndə heyəti adından çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Ermənistanın həmişə olduğu kimi, yenidən təxribata, Köçərinin UNESCO tərəfindən qəbul edilməməsini gizlətmək üçün Azərbaycanı provokasiya və şantaja əl atdığını bildirib.

V.Eyvazzadə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə pislənildiyinə baxmayaraq, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlayır. Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüquqa, YUNESKO-nun müvafiq konvensiyasının prinsiplərinə və komitəyə hörmət edir.

Keçən il də Ermənistan tərəfindən Komitə qərarının təhrif edilməsi kimi analoji addımın atıldığını Komitə iştirakçılarına xatırladan V.Eyvazzadə Ermənistanın UNESCO-ya Köçəri faylının təqdim etməsinin Azərbaycanın qədim regionu olan Naxçıvana olan işğalçılıq iddiaları ilə bağlı olduğunu diqqətə çatdırıb və çıxışının yekununda Ermənistan tərəfinin dialoq, sosial həmrəylik və qarşılıqlı hörməti təşviq edən Konvensiyaya riayət etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR