Moskvada Vahid Ələkbərovun dəmir pul kolleksiyası nümayiş olunur

Moskvada Vahid Ələkbərovun dəmir pul kolleksiyası nümayiş olunur
# 08 oktyabr 2015 12:57 (UTC +04:00)

Bakı – APA. Moskvada “Lukoyl” prezidenti Vahid Ələkbərovun dəmir pul kolleksiyasının nümayiş olunduğu Numizmatika Muzeyi açılıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, kolleksiyaya müxtəlif dövrlərdə dövriyyədə olan dəmir pullar yer alıb.

V. Ələkbərov kolleksiyasını 14 il ərzində yığdığını deyib. “Numizmatika ölkələrin tarixini daha dərindən öyrənməyə imkan verir. Düşünürəm ki, bu cür tarixi dəyərlərlə tanış olmaq imkanı təkcə peşəkarlara deyil, istəyi olan hər kəsə yaradılsın”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR