Çempionlar Liqası: “Lokomotiv” İsveçrə klubuna qalib gəlib

Çempionlar Liqası: “Lokomotiv” İsveçrə klubuna qalib gəlib
# 10 fevral 2016 17:45 (UTC +04:00)

Bakı-APA. Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsində növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, Avropanın ən mötəbər klub yarışında mübarizəni davam etdirən Azərbaycanın yeganə komandası “Lokomotiv” 10 qat İsveçrə çempionu “Volero”nu qəbul edib.

Оyun “Lokomotiv” komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Cütün güclüsünün adına fevralın 25-də Sürixdə keçiriləcək cavab matçında aydınlıq gələcək. Komandamız səfərdə istənilən hesabla qalib gəlsə 1/3 finala yüksələcək. Onlar 2:3 hesabı ilə uduzarsa, “Qızıl set”ə ehtiyac duyulacaq. Rəqibin 3:0 və ya 3:1 hesablı qələbəsi “Lokomotiv”in növbəti mərhələ yolunu bağlayacaq.

Çempionlar Liqası

1/6 final, ilk oyun

10 fevral

“Lokomotiv” (Azərbaycan) – “Volero” (İsveçrə) - 3:2 (25:21; 22:25; 25:23; 20:25; 16:14)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR