Azərbaycanlı diaspor fəalı Moskva Hökuməti yanında Millətlərlə iş üzrə Şuranın tərkibinə daxil edilib

Azərbaycanlı diaspor fəalı Moskva Hökuməti yanında Millətlərlə iş üzrə Şuranın tərkibinə daxil edilib
# 25 iyun 2016 01:14 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiyada azərbaycanlı diaspor fəalını Moskva Hökuməti yanında Millətlərlə iş üzrə Şuranın tərkibinə üzv seçiblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iyunun 22-də Moskva Hökuməti yanında Millətlərlə iş üzrə Şuranın iclasında Rusiya Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsinin Ekspertlər şurasının və Rusiya Xalqlar Assambleyasının sədr müavini, "Xalqlar Dostluğu" Fondunun prezidenti Araz Mürsəliyevin Moskva Hökuməti yanında millətlərlə iş üzrə Şuranın tərkibinə daxil edilməsi haqqında qərar qəbul olunub.

Azərbaycanlı diaspor fəalı rəhbərlik etdiyi "Xalq Dostluğu" Fondunun prezidenti kimi Şura tərkibinə daxil edilib.

İclasda Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsinin sədri Hacımət Səfərəliyevin tapşırığı ilə Komitə adından "Rusiya Federasiyasında millətlərarası sülhün və barışığın təmin olunmasında verdiyi şəxsi tövhələrə görə" Moskva hökumətinin milli siyasət, regionlararası əlaqələr və turizm Departamentinin rəhbəri Vladimir Çernikova təşəkkürnamə verilib. Təşəkkürnaməni Moskva meriyasının Departament rəhbərinə həmyerlimiz Araz Mürsəliyev təqdim edib.

Qeyd edək ki, diaspor fəalı Araz Mürsəliyevin rəhbərlik etdiyi "Xalqlar Dostluğu" Fondu Rusiya Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsi, Rusiya Xalqlar Assambleyası və Moskva Hökuməti ilə birgə bir sıra layihələr həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR