Bakıda avtomobil yanıb, sürücü xilas olub

Bakıda avtomobil yanıb, sürücü xilas olub
# 20 iyun 2016 05:33 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA- Bakıda hərəkətdə olan maşın yanıb, sürücü son anda xilas olub.

APA-nın məlumatına görə, hadisə aeroport yolunun Sabunçu stansiyasına dönən hissəsində qeydə alınıb.

Fərasət Şıxıyev idarə etdiyi 99 AV 976 dövlət nömrə nişanlı "VAZ 21015" ilə üzü aeroport istiqamətində hərəkətdə olarkən maşın qəfil alovlanmağa başlayıb. Avtomobilinin alovlanmasından xəbərsiz sürücünü isə yanından keçən digər sürücülər xəbərdar ediblər.

Son anda avtomobilini yolun kənarına çəkməyə macal tapan sürücü cəld maşını tərk edib. Bu zaman alov maşını tamamilə bürüyüb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları gəliblər. Yanğına cəld müdaxilə edən yanğınsöndürənlər, ərazidə əlavə təhlükəsizlik tədbirləri görüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR