“Rabitəbank” bayram günlərində əhaliyə xidmət göstərəcək

“Rabitəbank” bayram günlərində əhaliyə xidmət göstərəcək
# 18 mart 2016 07:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Rabitəbank” ASC Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilərin tələbatını təmin etmək məqsədilə bank Novruz bayramı günlərində də müştərilərinə xidmət göstərməyə davam edəcək.

Belə ki, Martın 22-si “Rabitəbank”ın Baş ofisi, Sahil, Nizami, Yasamal filialları saat 09.00-dan 13.30-dək müştərilərin xidmətindədir.

“Rabitəbank”ın bayram günlərində əhaliyə xidmət göstərən filialların ünvanları:

Baş ofis - Bakı şəhəri,28 may küç. 33, ( Dəmir Yol QSC yaxınlığı), Tel.: (+99412) 598-44-88

Sahil filialı - Bakı şəhəri, Ə. Rəcəbli küç. 3, ( Nərimanov metrosunun yanı), Tel.: (+99412) 465-59-35

Nizami filialı – Bakı şəhəri, Sarayevo küç. 26 C Tel.: (+99412) 570-72-13 / 570-73-47

Yasamal filialı – Bakı şəhəri, Şərifzadə küç.31/48 Tel.: (+99412) 434-59-54/ 433-26-68

Müştərilər kredit ödənişləri, pul köçürmələri, kommunal ödənişləri, mobil, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi, və plastik kartlar ilə bağlı əməliyyatlarını həyata keçirə bilərlər.

Qeyd edək ki, hazırda “Rabitabank” ASC Baş ofis, 22 filial və 1 şöbə ilə fəaliyyət göstərir. Onlardan 8-i Bakı şəhərində, 16-sı isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR