Tovuz sakini dəm qazından zəhərlənib

Tovuz sakini dəm qazından zəhərlənib
# 19 dekabr 2015 07:14 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuzda zəhərlənmə olub.

APA-nın qərb bürosunun məlumatına görə, Tovuz rayon Çilovdarlı kənd sakini, 1989-cu il təvəllüdlü Təhminə Bayramova dəm qazından zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə T. Bayramova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR