İran DİN: Türkiyədəki hadisələrin ilk dəqiqələrindən İran sərhədlərinə nəzarəti gücləndirdi

İran DİN: Türkiyədəki hadisələrin ilk dəqiqələrindən İran sərhədlərinə nəzarəti gücləndirdi
# 18 iyul 2016 12:17 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev. APA. Rəcəb Tayyib Ərdoğanın Türkiyədəki çevrilişə cəhdin ilk saatlarında İranda olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

APA-nın İran bürosunun məlumatına görə, bunu İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən günlər ərzində Türkiyə rəsmilərindən heç bir məsul şəxs İrana səfər etməyib.

H.Zülfüqari deyib ki, Türkiyə və Ermənistanda baş verən hadisələr İran üçün təhlükə hesab olunmur. “Türkiyədə baş verən hadisələrin ilk dəqiqələrindən İranın sərhəd bölgələrində sərhədlərə nəzarət gücləndirilmişdi. Elə buna görə, çevriliş cəhdinin ilk saatlarında vətəndaşlarımızın Türkiyəyə səfər etməsini məhdudlaşdırdıq. Bu ölkədə nisbi sabitlik yaranandan sonra sərhədlər açıldı və şənbə günü yerli vaxtla 16:00-dan Türkiyəyə gediş-gəliş normallaşdı”.

Mətbuat konfransında H.Zülfüqari İran sərhədlərindən kənarda təkfirçi qruplaşmaların fəaliyyətini daim izlədiklərini deyib: “Əminliklə deyə bilərik ki, onlar ölkə daxilində təxribat törətmək istəyirlər, lakin İranın təhlükəsizlik qüvvələri və polis onların bütün səylərini boşa çıxardıb.

Ramazan ayının sonuncu cüməsi öncəsi məlumat daxil oldu ki, bəzi şəxslər Qüds günü təxribat törətmək istəyir ki, biz təcili tədbir gördük və bu şəxsləri elə sərhəd bölgəsində də zərərsizləşdirdik”.

Qeyd edək ki, mediada Türkiyədə çevriliş cəhdinin ilk saatlarda prezidenti Rəcəb Tayyib Ərdoğanın İran hərbi təyyarələrinin müşayiəti ilə Tehrana gəlməsi barədə məlumatlar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR