Zakir Həsənov hərbçilərin VI Dünya Oyunlarında medal qazanan idmançılar və onların məşqçiləri ilə görüşüb

Zakir Həsənov hərbçilərin VI Dünya Oyunlarında medal qazanan idmançılar və onların məşqçiləri ilə görüşüb
# 17 oktyabr 2015 14:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) hərbçilərin VI Dünya Oyunlarında medal qazanan idmançılar və onların məşqçiləri ilə görüşüb.

Nazirlikdən APA-ya verilən məlumata görə, idmançılarımızın uğurunu yüksək qiymətləndirən nazir Azərbaycanın dünyanın aparıcı idman ölkələri sırasında olduğunu vurğulayıb: “Ölkəmiz bütün istiqamətlərdə olduğu kimi idman sahəsində də nailiyyətlər əldə edir. Qazanılan müvəffəqiyyətlər ölkəmizdə idmana yüksək səviyyədə dövlət dəstəyinin göstəricisi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsidir”.

Qeyd edək ki, yarışlarda Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun sərbəst və Yunan-Roma güləşi, cüdo və taekvando idman növləri üzrə komandaları təmsil ediblər.

120 ölkədən 8100 idmançının iştirak etdiyi hərbçilərin VI Dünya Oyunlarında Azərbaycan təmsilçiləri 12 medal qazanaraq (2 qızıl, 4 gümüş və 6 bürünc) ümumi hesabda komandamız 15-ci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR