Türk Hava Yollarına məxsus təyyarə partlayış təhlükəsi səbəbindən təcili eniş edib

Türk Hava Yollarına məxsus təyyarə partlayış təhlükəsi səbəbindən təcili eniş edib
# 22 noyabr 2015 08:06 (UTC +04:00)

Bakı - APA. Nyu-Yorkdan Ankaraya uçan, “Turkish Airlines” şirkətinə məxsus “Airbus A330” təyyarəsi Kanadanın Qalifaks şəhərinə təcili eniş edib.

APA-nın məlumatına görə, təcili enişə təyyarədə bomba olması ehtimalı səbəb olub.

Təcili enişdən sonra təyyarədə olan 256 nəfərin hamısı təhlükəsiz yerə təxliyə edilib.

Kanada polisindən bildiriblər ki, məcburi eniş təyyarənin göyərtəsində bomba olması barədə məlumata görə həyata keçirilib.

Hazırda təyyarənin göyərtəsində itlərin də köməyi ilə axtarış aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR