Suriyada Rusiya helikopteri qəzaya uğrayıb, 2 pilot ölüb

Suriyada Rusiya helikopteri qəzaya uğrayıb, 2 pilot ölüb
# 12 aprel 2016 10:07 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Suriyanın Homs rayonu ərazisində Rusiya Silahlı Qüvvələrinə məxsus "Mi-28H" helikopteri qəzaya uğrayıb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

“Hadisə zamanı 2 ekipaj üzvü həlak olub. Axtarış-xilasetmə işləri nəticəsində pilotların cəsədləri götürülüb və hazırda Hmeymimdəki aviabazada saxlanılır", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR