SOCAR Kvemo-Kartli bölgə rəhbərliyinə 10 ədəd "Belarus" markalı traktor təhvil verib

SOCAR  Kvemo-Kartli bölgə rəhbərliyinə 10 ədəd "Belarus" markalı traktor təhvil verib
# 04 mart 2016 18:58 (UTC +04:00)

Rustavi. Nizami Məmmədzadə-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı əsasında SOCAR-ın rəhbəri Rövnəq Abdullayev Gəncə Avtomobil zavodunun istehsalı olan "Belarus" markalı 10 ədəd traktoru Kvemo Kartli bölgə rəhbərliyinə təhvil verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ötən ilin noyabr ayında Azərbaycan prezidentinin Gürcüstana səfəri zamanı Kvemo-Kartli bölgəsinin Marneuli rayon sakinləri qarşısında çıxışı zamanı bölgənin iqtisadiyyat infrastrukturunun inkişafına hərtərəfli mümkün yardım və kənd təsərrüfatı sektorunun inkişafı ilə bağlı fikirlər səsləndirib.

Bu gün Azərbaycan prezidentinin tapşırığına əsasən, SOCAR tərəfindən alınmış 10 ədəd "Belarus" markalı traktor və 10 kotan Rustaviyə gətirilərək Kvemo-Kartli bölgə rəhbərliyinə təhvil verilib.

Təhvil prosesində SOCAR-ın rəhbəri Rövnəq Abdullayev və Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili və digər rəsmi şəxslər iştirak edib.

Bundan əvvəl SOCAR rəhbərliyi ilə bölgə qubernatoru arasında imzalanmış memarandumda qeyd olunub ki, hədiyyə olunan traktorlar kənd təsərrüfatı inkişaf etdirilməsi üçün sosial təyinatlı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR