Rio-de-Janeyroda güclü partlayış olub, xəsarət alanlar var

Rio-de-Janeyroda güclü partlayış olub, xəsarət alanlar var
# 20 oktyabr 2015 03:34 (UTC +04:00)

Bakı-APA. Braziliyanın Rio-de-Janeyro şəhərində baş verən güclü partlayış onlarla binaya ziyan vurub.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1-i uşaq olmaqla 8 nəfər xəsarət alıb.

İlkin versiyaya əsasən, partlayışa səbəb mağazaların birində qaz sızması olub. Şahidlərin sözlərinə görə, partlayış səsi 6 km məsafədə eşidilib. Hadisə yerində xilasedici əməliyyat davam edir.

Qeyd edək ki, sentyabrda Braziliyada baş vermiş ağır yol qəzası nəticəsində 14 nəfər ölmüş, 40 nəfər xəsarət almışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR