Gürcüstanda məşğulluq, sosial bərabərlik və davamlı inkişaf məsələləri mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO

Gürcüstanda məşğulluq, sosial bərabərlik və davamlı inkişaf məsələləri mövzusunda beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTO
# 28 oktyabr 2015 08:36 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə “Gürcüstan, Azərbaycan, Belarus, Moldova, Ukrayna və Ermənistanda layiqli məşğulluq, sosial bərabərlik və davamlı inkişaf məsələləri” mövzusunda beynəlxalq konfrans başlayıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, tədbirdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxış edib. Baş nazir çıxışında məşğulluğun dövlət üçün prioritet məsələlərdən biri olduğunu bildirib. O qeyd edib ki, son illər ölkədə biznesin modernləşdirilməsi həyata keçirilir, bu da işsizliyi aradan qaldırmağa kömək edir: “Biznesin inkişafı üçün komfort şərait yaratmışıq. Bu gün Gürcüstanda biznes maneəsiz inkişaf edir. Qeyd edim ki, keçən il Gürcüstanda xarici investisiyaların həcmi 81% artıb. Ölkəyə 1 milyard 700 milyon dollar sərmayə yatırılıb. Biz iş adamlarına məşğulluğun artması üçün 1-2 faizlik subsidiyalar veririk. Bütün bunlar yeni iş yerlərinin açılması deməkdir”.

Tədbirdə Azərbaycanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Ailə, Uşaq və Qadın məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, digər dövlət və QHT nümayəndələri təmsil edir. M.Kərimli "Əmək bazarı institutları: Dövlət məşğulluq xidmətlərinin fəaliyyəti mövzusunda çıxış edib. O, çıxışında son 12 ildə Azərbaycanda məşğulluğun təmin olunması, yoxsulluğun aradan qaldırılması sahəsində bir çox islahat və dövlət proqramlarının həyata keçirilməsi və aktiv əmək bazarı haqqında ətraflı məlumat verib.

Konfrans sabah davam edəcək.

M. Kərimli APA-ya açıqlamasında Azərbaycanda 1 milyon 400 min yeni iş yeri açıldığını və yoxsulluğun səviyyəsinin aşağı düşdüyünü bildirib: "Azərbaycanda çoxsaylı dövlət islahatları, nazirlik tərəfindən həyata keçirilən aktiv əmək bazarı proqramları 15-24 yaş arasında olan gənclər arasında işsizliyi aradan qaldırmağa kömək edir. İndiyədək gənclər arasında işsizliyin səviyyəsi 13,5% olub. Biz bu sahədə yeni ünvanlı dövlət proqramları həyata keçirir və bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Avropa ilə müqayisədə Azərbaycanda işsizlik əsaslı dərəcədə azdır. Bu rəqəm Avropada və G-20 ölkələrində 20% təşkil edir. Son illər dövlət proqramlarının və islahatların həyata keçirilməsi sayəsində Azərbaycanda işsizliyin səviyyəsi 12%-dən 4,9 %-ə enib, bu da regionda və dünyada ən aşağı göstəricilərdən biridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR