Goranboyda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Goranboyda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
# 13 noyabr 2015 10:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 12-də saat 01 radələrində Goranboy rayonunun Xanqərvənd kəndində Bakı şəhər sakini Baba Yusifovun idarə etdiyi “Niva” və Naftalan şəhər sakini Ramil Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə B.Yusifovun sərnişinlərindən Zeynal Təhməzov hadisə yerində ölüb, özü və digər sərnişini, habelə R.Mustafayev və sərnişini xəstəxanaya yerləşdirilib.

Goranboy rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR