ABŞ Dövlət Departamenti: PYD-ni dəstəkləməyə davam edəcəyik - VİDEO

ABŞ Dövlət Departamenti: PYD-ni dəstəkləməyə davam edəcəyik - <span style="color: red;">VİDEO
# 15 oktyabr 2015 10:35 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ Suriyadakı kürd qruplaşması PYD-nin hərbi qanadı olan YPG-ni dəstəkləməyə davam edəcəyni bildririb.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi deyib. YPG məsələsində Türkiyənin narahatlıqlarını anladıqlarını söyləyən C. Kirbi bu məsələ ilə əlaqədar Türkiyə ilə danışıqları davam etdirdiklərini vurğulayıb: “ABŞ və 60-dan artıq koalisiya ölkəsi üçün İŞİD-ə qarşı mübarizənin vacib olduğunu unutmamaq lazımdır. Bu məsələdə Türkiyənin həssaslığını başa düşürük. Suriyada İŞİD-ə qarşı effektiv mübarizə aparan bu qrupları uyğun şəkildə dəstəkləməyə davam edəcəyik”.

Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu PYD və PKK-ya edilən hər yardımın Türkiyənin əleyhinə atılan addım kimi dəyərləndiriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR