Rumıniya “LUKoyl” şirkətini çirkli pulların yuyulmasında ittiham edib

Rumıniya “LUKoyl” şirkətini çirkli pulların yuyulmasında ittiham edib
# 03 avqust 2015 17:52 (UTC +04:00)

Bakı-APA. Rumıniya prokurorluğu “LUKoyl”-un törəmə şirkətini dələduzluq və çirkli pulların yuyulmasında ittiham edib.

APA-nın “Gazeta.ru”-ya istinadən xəbərinə görə, bu barədə Rumıniya maliyyə nazirliyinin açıqlamasında bildirilir.

Bloomberg agentliyinin məlumatına görə, prokurorluq “LUKoyl”- qarşı 1,77 milyard dollar məbləğində dələduzluq ittihamı irəli sürüb.

Qeyd edək ki, bundan əvvəl “LUKoyl” Rumıniyadakı aktivlərinin ətrafında yaranan münaqişəni nizamlamaq üçün Avropa Komissiyasına müraciət etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR