İrəvanda aksiya keçirən etirazçılar prezident Serj Sarkisyanla görüşməkdən imtina ediblər

İrəvanda aksiya keçirən etirazçılar prezident Serj Sarkisyanla görüşməkdən imtina ediblər
# 23 iyun 2015 22:55 (UTC +04:00)

Qeyd edək ki, bundan əvvəl polis aksiya iştirakçılarının 5 nümayəndəsinə problemləri müzakirə etmək üçün prezident Serj Sarkisyanla görüşməyi təklif edib.

APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi xəbərə görə, Əlaqələndirmə qrupu Serj Sarkisyanla görüşməkdən imtina etdiklərini bildirərək, ölkə prezidentinə birbaşa yayımda elektrik enerjisi tariflərinin qaldırılması barədə qərarın qüvvədən düşməsini elan etməyi təklif edib.

Qeyd edək ki, İrəvanın mərkəzində elektrik enerjisi tariflərinin qaldırılmasına etiraz edən aksiya iştirakçıları yenidən mərkəzi Baqramyan prospektində oturaq piket keçirmək qərarına gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR