Yaponiyanın baş naziri Perl-Harborda həlak olmuş amerikalı hərbçiləri yad edib

Yaponiyanın baş naziri Perl-Harborda həlak olmuş amerikalı hərbçiləri yad edib
# 28 dekabr 2016 04:49 (UTC +04:00)

ABŞ prezidenti Barak Obama və Yaponiyanın baş naziri Sindzo Abe Havay adalarındakı Perl-Harbor buxtasında II Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Barak Obama və Sindzo Abe Perl-Harbor buxtasında “Arizona” linkor gəmisinin batırıldığı yerdə ucaldılmış xatirə kompleksinin önünə əklillər düzüblər.

Qeyd edək ki, 1941-ci ilin dekabrın 7-də Yaponiya Hərbi-Hava Qüvvələrinin hücumu nəticəsində “Arizona” gəmisinin göyərtəsində olan 1177 nəfər həlak olub. Ümumilikdə, Perl-Harbor bazasına hücum nəticəsində 2400-dən çox amerikalı hərbçi həlak olub. Həmin hücum ABŞ-ın II Dünya müharibəsinə qatılmasına səbəb olub.

Xatırladaq ki, 2016-cı ilin mayında Barak Obama ABŞ-ın nüvə bombası atdığı Xirosima şəhərinə baş çəkərək qurbanların xatirəsini yad edib. Sindzo Abenin Perl-Harbora səfərinin Yaponiya hökumətinin buna cavab addımı olduğu bildirilir.

Qeyd edək ki, nə Obama, nə də Abe səfərləri zamanı baş vermiş hadisələrə görə üzrxahlıq etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR