Yaşlı qadını öldürən şəxsin məhkəməsi başlayıb

Yaşlı qadını öldürən şəxsin məhkəməsi başlayıb
# 22 dekabr 2016 08:02 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rafiq Şıxverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 29-na təyin edilib.

Qeyd edək ki, Xudat şəhərində 1961-ci il təvəllüdlü Şıxverdiyev Rafiq Məhəmməd oğlu qonşusu, 1936-cı il təvəllüdlü İbrahimxəlilova Fatma Ramazan qızını boğazını kəsərək qətlə yetirib.

Hadisəni törədən R.Şıxverdiyev Xudat şəhər Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR