Çin yığması Qəbələdə ikinci qızıl medalını qazanıb - FOTOSESSİYA

Çin yığması Qəbələdə ikinci qızıl medalını qazanıb - <span style="color: red;">FOTOSESSİYA
# 11 avqust 2015 09:27 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, bu gün kişilər 50 metr məsafədən tapança ilə atəş açmada qüvvələrini sınayıblar.

56 idmançının qatıldığı yarışın finalına 8 atıcı vəsiqə qazanıb. Finalda isə çinli Jiaje Mai hədəfə hamıdan dəqiq atəş açıb. O, 194,7 xal toplayaraq qızıl medala sahib çıxıb. Koreyalı Daehun Park 191,4 xallıq nəticə ilə gümüş mükafatçı olub. Koreya millisinin digər üzvü Çenqyonq Kim isə (169,9) “bürünc”lə kifayətlənib.

Yarışda ilk iki yeri tutan idmançılar gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər.

Qeyd edək ki, bu, Çinin Qəbələdə qazandığı ikinci qızıl medal olub. Kişilərin pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışını isə Çao Yifey qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR