Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-ci il üçün qlobal neft tələbatının artımı üzrə proqnozunu dəyişib.
"APA-Economcs"in IEA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, agentlik 2021-ci il üçün gündəlik neft tələbatının artımı tempini 5,3 mln. barel səviyyəsində olacağını proqnozlaşdırır, bu da iyulda verilən proqnoz ilə müqayisədə 0,1 mln. barel azdır. Beləliklə, neftə olan gündəlik qlobal tələbat cari ildə 96,2 mln. barelədək yüksələ bilər.
Hesabata əsasən, IEA 2022-ci il üçün gündəlik qlobal neft tələbatının artımı üzrə proqnozunu dəyişməyib (3,2 mln. barel).
Tələbin bərpası üzrə proqnozun azaldılmasının səbəbi kimi ilk növbədə əsas neft idxalçılarından olan bir neçə Asiya ölkələri tərəfindən bu bölgələrdə COVID-19 virusunun yeni ştammının yayılması ilə bağlı yeni məhdudiyyətlərin tətbiq olunması göstərilir.