Bank Of Baku

Qlobal neft tələbatının artım tempi gələn il daha da sürətlənəcək - PROQNOZ

Qlobal neft tələbatının artım tempi gələn il daha da sürətlənəcək - PROQNOZ
# 11 iyun 2026 16:37 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2026-2027-ci illər üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, gələn il ortalama gündəlik qlobal neft tələbatı 107,86 mln. barel olacaq (öncəki proqnoz göstərici – 107,87 mln. barel) ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 1,73 mln. barel çoxdur.

Proqnoza əsasən, bu il qeyd olunan göstəricinin 106,13 mln. barel olacağı proqnozaşdırılır (öncəki proqnoz göstərici - 106,33 mln. barel), bu da 2025-ci ilin göstəricisi (105,16 mln. barel) ilə müqayisədə 0,97 mln. barel çoxdur.

Xatırladaq ki, 2024-cü ildə qlobal gündəlik neft tələbatı ortalama 103,84 mln. barel olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR