Lənkəranda minik avtomobili ağaca çırpılıb, ölən və yaralanan var - VİDEO

Lənkəranda minik avtomobili ağaca çırpılıb, ölən və yaralanan var - <span style="color: red;">VİDEO
# 09 sentyabr 2015 23:25 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 9-dan 10-a keçən gecə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü Ramin Qiyaməddin oğlu Məmmədlinin idarə etdiyi "Opel Astra" markalı, "99 HC 226" dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Güclü zərbənin təsirindən sürücü oturduğu yerdən qoparaq idarə etdiyi nəqliyyat vasitəsinin altında qalıb. Onu xəstəxanaya apararkən yarıyolda dünyasını dəyişib.

Avtomobilin yaralanmış sərnişini, 25 yaşlı Rasim Umudov isə xəstəxanaya yerləşib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR