Mərkəzi Bank: Bu ilin 6 ayında Naxçıvan bankları üçün 215 mln. manat nağd pul dövriyyəyə buraxılıb

Mərkəzi Bank: Bu ilin 6 ayında Naxçıvan bankları üçün 215 mln. manat nağd pul dövriyyəyə buraxılıb
# 27 iyul 2015 09:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin ilk altı ayı ərzində Naxçıvan Muxtar Respublikasında iqtisadiyyata yönəldilən kredit qoyuluşu 119 mln. 789 min manat təşkil edib.

APA-Economics”in xəbərinə görə, bu barədə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Elçin Əliyev məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə qısamüddətli kredit qoyuluşu 15 mln. 132 min manat, uzunmüddətli kredit qoyuluşu isə 104 mln. 657 min manat təşkil edib.

Kredit qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 mln. 389 min manat, 1 yanvar 2015-ci il tarixlə müqayisədə isə 19 mln. 123 min manat artıb.

Bu ilin birinci yarısında Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 215 mln. 69 min manat nağd pul dövriyyəyə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR