Ağcabədidə evdə partlayış olub, xəsarət alan var

Ağcabədidə evdə partlayış olub, xəsarət alan var
# 21 dekabr 2016 12:13 (UTC +04:00)

Ağcabədi rayonunda evdə qaz sızmasından partlayış hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Ağcabədi şəhərində, Səfa Qəhrəmanov küçəsində yerləşən evdə qeydə alınıb.

Rayon sakini, 1985-ci il təvəllüdlü Qasımova Afaq Tofiq qızı mətbəxdə qaz sobasını yandıran zaman partlayış baş verib.

Yanıq xəsarətləri alan qadın Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Orada A. Qasımovaya 2-ci və 3-cü dərəcəli yanıq diaqnozu qoyulub və Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR