Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 Dekabr
# 24 dekabr 2016 17:17 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Rəqqanın İŞİD terrorçularından təmizlənməsinin vacibliyini bəyan edən ABŞ aylardır irəliyə doğru bir addım belə atmır. Səbəb nədir, Rəqqanın ələ keçirilməsi bu qədər vacibdirsə, Vaşinqton niyə sözdən işə keçmir? Cavab sadədir - ABŞ-ın Rəqqanı İŞİD-dən geri almaq niyyəti yoxdur. Türkiyə ordusunun bir həftədən çoxdur El-Bab qəsəbəsini ələ keçirə bilməməsinin səbəbi də budur. ABŞ Rəqqada əməliyyata başlasaydı, İŞİD öz qüvvələrini El-baba göndərə bilməzdi. Gerçəklik budur - İŞİD El-Babı əldə saxlamaq üçün Rəqqada v ətraf bölgələrdəki bütün qüvvələrini bu qəsəbəyə dislokasiya edib. Çünki El-Babın Türkiyənin əlinə keçməsi ABŞ-ın və İŞİD-in maraqlarına cavab vermir. İŞİD Türkiyə sərhədlərinə doğru irəliləməyə imkan verən son strateji nöqtəni əldən vermiş olur, ABŞ-ın strateji müttəfiqi olan PYD qüvvələri isə Afrində mühasirəyə düşmüş olur. El-Bab məsələsində Türkiyə və Rusiyanın maraqlarında da üst-üstə düşməyən məqam var. Rusların hesablamalarına görə, El-Bab əməliyyatı uzandıqca İŞİD bu qəsəbəyə daha çox qüvvə cəlb etməli olacaq, bu isə daha çox terrorçunun zərərsizləşdirilməsi imkanı yaradır. Türkiyə isə bunun əksinə olaraq əməliyyatın daha tez bitməsində maraqlıdır, çünki El-Bab döyüşünün uzanması əlavə itkilər deməkdir. Kimin maraqlarının üstün gələcəyi gələn həftə mütləq bəlli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR