Bakıda minik avtomobili yanıb

Bakıda minik avtomobili yanıb
# 06 yanvar 2017 17:51 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonu vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin salonu və mühərrikində elektrik avadanlıqları yanıb.

Yanğından avtomobilin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR