“Bakcell” “Azərpoçt”la əməkdaşlığa başlayıb

“Bakcell” “Azərpoçt”la əməkdaşlığa başlayıb
# 26 avqust 2015 13:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bakcell” şirkəti “Ulduzum” sadiqlik proqramı çərçivəsində “Azərpoçt” MMC ilə əməkdaşlığa başlayıb.

“Bakcell”dən “APA-Economics”ə verilən məlumata görə, artıq “Azərpoçt”la ən azı 10 manat məbləğində pul köçürmələri edən hər bir şəxs “Ulduzum” sadiqlik proqramı tərəfindən şəbəkədaxili danışıqlar üçün pulsuz 5 dəqiqə əldə edəcək.

“Bakcell”dən bonus dəqiqələrini qazanmaq üçün “Ulduzum” istifadəçisi ölkənin istənilən nöqtəsində yerləşən “Azərpoçt” ofisinə yaxınlaşaraq, ən azı 10 manat məbləğində pul köçürməsini həyata keçirməlidir. Bu zaman abunəçi mütləq öz “Bakcell” nömrəsini “Azərpoçt” əməkdaşına təqdim etməlidir. Pul köçürməsi həyata keçirildikdən sonra “Ulduzum” istifadəçisinın təqdim etdiyi “Bakcell” nömrəsinə 10 rəqəmli kod SMS vasitəsilə göndərilir. Müştəri aldığı 10 rəqəmli kodu 5555-ə SMS vasitəsilə yollayır və 5 dəqiqə abunəçinin təqdim etdiyi nömrənin balansına yüklənilir. Göndərilən SMS-in qiyməti 3 qəpikdir. Əldə olunan bonus dəqiqələri 3 gün ərzində istifadə oluna bilər.

Qeyd edək ki, bu kampaniya 31 dekabr 2015-ci il tarixinə qədər davam edəcək. Kampaniya barədə ətraflı məlumat əldə etmək üçün keçid: http://www.bakcell.com/az/get-ulduzum-bonuses-at-azerpost

Abunəçilərinin sayı 1.4 milyondan artıq olan “Ulduzum” sadiqlik proqramının tərəfdaş siyahısında 130-dan çox seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.

“Ulduzum” proqramına qoşulmaq üçün “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq kifayətdir. “Ulduzum” proqramından istifadənin daha asan olması üçün bir müddət əvvəl abunəçilərin istifadəsinə verilən “Bakcell” “Ulduzum” applikasiyasını “Android” əməliyyat sistemli mobil cihazlar üçün bu keçiddən https://goo.gl/pOci5l, iOS əməliyyat sistemli cihazlar üçün isə bu keçiddən https://goo.gl/KZKuta istifadə edərək pulsuz yükləmək olar. “Ulduzum” applikasiyasını yükləməklə abunəçilər tərəfdaş siyahısına və endirim faizlərinə, xəritədə onlara yaxın tərəfdaşlara və öz istifadə tarixçəsinə asan keçid əldə edəcəklər.

Respublikada vahid dövlət poçt operatoru olan “Azərpoçt” MMC 74 filialı, 1500-ə yaxşın poçt şöbəsi ilə 50-dən artıq xidmət növündə dövlət tərəfindən təyin olunmuş ucuz və sərfəli tariflərlə ölkənin ən ucqar yaşayış məntəqələri də daxil olmaqla bütün ölkə ərazisində fəaliyyət göstərərək, dünyanın 50-dən çox ölkəsi ilə birbaşa poçt mübadiləsi aparır. “Azərpoçt” MMC-nin fəaliyyətləri 2013-cü ildə beynəlxalq səviyyədə dəyərləndirilərək Ümumdünya Poçt İdarəsinin keyfiyyətin idarə edilməsi üzrə qızıl səviyyəli sertifikatına layiq görülüb. Eyni zamanda sürətli poçt xidməti (EMS) üzrə də beynəlxalq sahədə təqdirəlayiq nəticələr əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR