Bakıda quyuya düşən şəxs çıxarılıb

Bakıda quyuya düşən şəxs çıxarılıb
# 15 yanvar 2017 13:50 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:40-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR