Baş Qərargah: Rusiya BMT ilə "Cəbhət ən-Nüsra"-nın Hələbdən çıxarılması üzərində işləyir

Baş Qərargah: Rusiya BMT ilə "Cəbhət ən-Nüsra"-nın Hələbdən çıxarılması üzərində işləyir
# 17 oktyabr 2016 19:41 (UTC +04:00)

Moskva. Fərid Əkbərov -APA. Rusiya terrorçuları əhalinin Şərqi Hələbi tərk etməsinə imkan verməyə çağırıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Sergey Rudskoy bu gün keçirdiyi brifinqdə bildirib.

O, Hələbi tərk edən bütün dinc əhalinin təhlükəsizliyinin tam təmin olunacağını söyləyib. Baş Qərargah nümayəndəsi Rusiyanın BMT və “Cəbhət ən-Nüsra"ya təsir imkanına malik ölkələrlə qruplaşmanın Hələbdən çıxarılması məsələsi üzərində işlədiyini də qeyd edib: "BMT baş katibinin Suriya münaqişəsi üzrə xüsusi nümayəndəsinin təşəbbüsünə uyğun olaraq “Cəbhət ən-Nüsra”nın Hələbdən çıxarılması məsələsi üzərinə işləyirik. Bütün məsələlərin razılaşdırılması müəyyən vaxt tələb edir. Ona görə də qərara almışıq ki, hər şeydən əvvəl dinc sakinlərin azad keçidi, xəstə, yaralıların təxliyəsi və terrorçuların çıxarılması üçün humanitar fasilənin həyata keçirilməsinə başlayaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR