Tikinti obyektlərinin elektrik enerjisi təchizatına qoşulması müddəti müəyyən olunub

Tikinti obyektlərinin elektrik enerjisi təchizatına qoşulması müddəti müəyyən olunub
# 04 aprel 2017 17:07 (UTC +04:00)

Azərbaycanda tikinti obyektinin elektrik enerjisi təchizatına qoşulması 24 gündən gec olmayaraq təmin ediləcək.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nda əksini tapıb.

Texniki şərtlər elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd, enerji təchizatı müəssisəsi (ETM) – icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxsdir. Sifarişçi isə ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən sahibkardır. Sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması aşağıda göstərilən üç mərhələdən ibarət olmaqla, ümumilikdə 24 gündən gec olmayaraq təmin edilməlidir:

Layihə-smeta sənədlərinin Texniki Şura tərəfindən verilməsinə görə hər 1 kVt gücə görə ƏDV daxil olmaqla, 2,5 manat vəsait ödənilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR