Bakıda tanışlar arasında dava olub, bıçaqlanan var

Bakıda tanışlar arasında dava olub, bıçaqlanan var
# 15 oktyabr 2016 00:51 (UTC +04:00)

Bakı-APA. Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 1992-ci il təvəllüdlü Ələsgərov Qəzənfər Elxan oğlu tanışı ilə birlikdə kafedə yeyib-içdikdən sonra mübahisə edib. Mübahisə davaya çevrilib və Qəzənfər döş qəfəsindən bıçaq zərbəsi alıb.

Yaralı dərhal təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. O əməliyyat olunub. Q.Ələsgərovun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR