Tramp: “ABŞ-la Rusiya arasında münasibətlər yaxşı olacaq”

Tramp: “ABŞ-la Rusiya arasında münasibətlər yaxşı olacaq”
# 28 avqust 2017 23:23 (UTC +04:00)

“Mən ABŞ-Rusiya münasibətlərinin normallaşmasına inanıram”.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Finlandiya dövlət başçısı ilə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Güman edirəm ki, Rusiya ilə münasibətlərimiz yaxşı olacaq. Mən bunu daim, açıq-aydın, uzun müddətdir ki deyirəm. Aramızda yaxşı münasibətlərin olması olduqca vacibdir. Düşünürəm ki, bu nə vaxtsa baş verəcək. Rusiya böyük dövlətdir, nüvə ölkəsidir. Biz yola gəlməliyik və axır-əvvəl bu baş verəcək. Bu hamıya lazımdır, sülh üçün lazımdır və s.”, deyə D.Tramp.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR