Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var
# 18 aprel 2017 16:14 (UTC +04:00)

Gəncə şəhərində iki avtomobil toqquşub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb. “QAZ-24” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində “QAZ” markalı avtomobildə olan sərnişin, 1978-ci il təvəllüdlü Eldu Niyazov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR